Dünya
Pentaqon İrana hücum planı üzərində işləyir: Mümkün tarixlər açıqlandı
Pentaqon ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) İrana qarşı ehtimal olunan hərbi zərbələrə hazırlıq prosesini yekunlaşdırmağı tapşırıb. Oxu.Az xəbər verir ki, bu barədə "Axios" nəşri mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, hücumun dəqiq tarixi hələ müəyyənləşdirilməyib. Donald Tramp müxtəlif variantları dəyərləndirməyə davam edir. Eyni zamanda, həm ABŞ, həm də İsraildəki mənbələr hərbi müdaxilənin 27 oktyabrda İsraildə keçiriləcək seçkidən və 3 noyabrda ABŞ-dəki aralıq seçkisindən əvvəl baş tuta biləcəyini istisna etmirlər. Nəşrin məlumatına əsasən, hücum reallaşacağı təqdirdə İrana məxsus nüvə obyektləri və enerji infrastrukturu əsas hədəflər ola bilər. Ağ Evdən bildirilib ki, ABŞ Hörmüz boğazına nəzarət məsələsində üstün mövqeyə sahibdir, Tehran isə dərin iqtisadi çətinliklərlə üz-üzədir. "Trampın əlində bütün üstünlüklər var və o, ABŞ-nin maraqlarına ən uyğun olan addımı atacaq", - deyə nəşrin mənbəsi vurğulayıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər