Cəmiyyət
Zaur Rzayevə yüksək vəzifə verildi
Azərbaycan Biznesinin İnkişafı Fonduna (ABİF) yeni mətbuat katibi təyin olunub. Oxu.Az xəbər verir ki, Zaur Rzayev ABİF-in İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Qeyd edək ki, Z.Rzayev bundan əvvəl 26 ildən artıq Dünya Bankında çalışıb. O, son 8 il ərzində həmin qurumda xarici əlaqələr üzrə mütəxəssis vəzifəsini icra edib.
Mənbə
oxu.az