İdman

Mikel Artetanın "Arsenal"dakı taleyinə aydınlıq gəldi

07 Oct 2026, 16:16 3 baxış
Mikel Artetanın "Arsenal"dakı taleyinə aydınlıq gəldi
"Arsenal" klubu baş məşqçi Mikel Arteta ilə yeni müqavilə bağlayıb. Oxu.Az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İspaniyalı çalışdırıcı və "topçular" arasında əldə olunan yeni razılaşma 2030-cu ilin iyun ayınadək qüvvədə olacaq. Bununla yanaşı, Artetanın rəhbərlik etdiyi məşqçilər qərargahında yer alan mütəxəssislərin də sözləşmələri yenilənib. Xatırladaq ki, 44 yaşlı baş məşqçi 2019-cu ildən "Arsenal"ın sükanı arxasındadır. Bu vəzifə Arteta üçün peşəkar səviyyədə ilk baş məşqçilik təcrübəsidir. Buna qədər o, "Mançester Siti" klubunda Xosep Qvardiolanın köməkçisi kimi fəaliyyət göstərib. Artetanın baş məşqçiliyi dövründə London klubu 2025/2026-cı illər mövsümündə İngiltərə Premyer Liqasının çempionu adını qazanıblar. Bundan əlavə, ispan mütəxəssisin rəhbərliyi altında "Arsenal" İngiltərə Kubokuna sahib çıxıb və üç dəfə ölkənin Superkubokuna yiyələnib.
Mənbə oxu.az

Oxşar Xəbərlər