Digər

Moskva və MAGA Avropaya qarşıdır - Barro

07 Oct 2026, 17:51 2 baxış
Moskva və MAGA Avropaya qarşıdır - Barro

Moskva və MAGA Avropaya qarşı narrativlər yayır.


Axar.az xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jan-Noel Barro deyib.


“Moskvada deyilənlərə qulaq asın: “Avropa müharibəyə doğru gedir və mənəvi dəyərlərini itirir”. Atlantikin o tayında, MAGA çevrələrində deyilənlərə də qulaq asın: “Avropa geriləmiş, geri qalmış və totalitar sivilizasiyadır”. Reallıq isə fərqlidir və bunu hər birimiz bilirik. Buna baxmayaraq, bu narrativlərin davamlı təkrarlanması, gücləndirilməsi və yayılması sonda bizə də təsir edə, şüurlarımızda şübhələr yarada bilər”, - o bildirib.


Qeyd edək ki, MAGA ABŞ Prezidenti Donald Tramp tərəfdarlarının siyasi hərəkatıdır və “Amerikanı Yenidən öyük Edək” mənasını verir.

Mənbə axar.az

Oxşar Xəbərlər