Cəmiyyət

Oyuncaqların təhlükəsizliyi haqqında texniki reqlament təsdiq olundu

07 Oct 2026, 17:54 1 baxış
Oyuncaqların təhlükəsizliyi haqqında texniki reqlament təsdiq olundu
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament"i təsdiqlənib. Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərar oyuncaqlara dair təhlükəsizlik tələblərini müəyyən edir. Reqlament insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına zərər vurması ehtimalı, habelə oyuncaqların təhlükəsizliyi ilə bağlı istehlakçıları (istifadəçiləri) çaşdıran hərəkətlərin qarşısının alınması məqsədilə hazırlanıb. Azərbaycanda oyuncaqlara dair tələbləri müəyyən edən digər texniki reqlamentlər qəbul edildikdə oyuncaqlar onlara tətbiq olunan həmin texniki reqlamentlərin də tələblərinə uyğun olmalıdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər