İdman
"Sabah"ın legioneri ona təqdim olunan pul mükafatını azərbaycanlı uşaqlara verdi - Foto
Misli Premyer Liqasında "Ayın qolu" layihəsi çərçivəsində "Sabah" futbol klubunun üzvü Ksander Severina mükafatlandırılıb. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Professional Futbol Liqası (PFL) məlumat yayıb. Bildirilib ki, avqust ayının ən yaxşı qolunun müəllifinə mükafatı PFL-in inzibati binasında qurumun prezidenti Elxan Səmədov təqdim edib. Mükafatlandırmadan sonra təəssüratını bölüşən Severina "Ayın qolu" layihəsində qalib seçilməsindən məmnun olduğunu bildirib. Futbolçu qazandığı pul mükafatını "Sabah Futbol Akademiyası Gələcəyin İstedadları" fonduna təqdim edəcəyini vurğulayıb.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az