Siyasət
"AnewZ": "Auqust Hanninqin işi heç bir şəkildə Azərbaycanla əlaqəli deyil" - Video
"Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri Auqust Hanninq barəsində aparılan istintaq heç bir şəkildə Azərbaycanla əlaqəli deyil". Oxu.Az xəbər verir ki, bu barədə "AnewZ" nəşri məlumatlı mənbələrə istinadən yazıb.
Bildirilir ki, Almaniya xüsusi xidmət orqanları artıq Azərbaycan tərəfinə müvafiq məlumatları təqdim ediblər. Almaniyadakı mənbələrin sözlərinə görə, iş digər ölkələrlə bağlıdır, Hanninqin əldə etdiyi iddia edilən məxfi materiallar isə üçüncü şəxslərə ötürülməyib. Auqust Hanninq oktyabrın 6-da casusluq, dövlət sirrinin açıqlanması və dövlətə xəyanət cəhdi şübhəsi ilə həbs edilib. Almaniya Prokurorluğu işə qarışan ölkələrin və ya xüsusi xidmət orqanlarının adlarını rəsmi şəkildə açıqlamır.

Mənbə
oxu.az