Digər

AB-dən İrəvana növbəti dəstək: Yeganə ölkədir ki...

07 Oct 2026, 16:48 4 baxış
AB-dən İrəvana növbəti dəstək: Yeganə ölkədir ki...

Avropa Birliyi Ermənistanın AB ilə yaxınlaşma prosesinə dəstək verməyə hazırdır.


Axar.az xəbər verir ki, bunu AB-nin genişlənmə üzrə komissarı Marta Koş deyib.


O bildirib ki, Ermənistan AB-nin viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlar apardığı yeganə ölkədir:


“Biz buna hazırıq. Əgər onlar öz öhdəliklərini yerinə yetirsələr, biz də öz öhdəliklərimizi yerinə yetirəcəyik. Ermənistan həqiqətən də AB-yə doğru irəliləyir. Hazırda viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlar apardığımız yeganə ölkə Ermənistandır”.


Koş həmçinin AB-nin Ermənistan iqtisadiyyatına göstərdiyi dəstəkdən də danışıb:


“Rusiya Ermənistandan idxalı qadağan etdiyi üçün biz bir çox məsələlərdə İrəvanı dəstəkləyirik. Ermənistanın iqtisadi inkişafı üçün xüsusi tədbirlər paketi də mövcuddur”.

Mənbə axar.az

Oxşar Xəbərlər