Kriminal

"Nənələr" qrupunun üzvünün oğlu faciəli şəkildə həlak oldu

07 Oct 2026, 12:20 2 baxış
"Nənələr" qrupunun üzvünün oğlu faciəli şəkildə həlak oldu
Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan 58 yaşlı azərbaycanlı dron hücumu zamanı həyatını itirib. Oxu.Az APA-ya istinadən xəbər verir ki, Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev Rusiya-Ukrayna müharibəsi başlayandan bir il sonra Ukrayna tərəfindən ixtisası üzrə fəaliyyət göstərmək üçün hərbi xidmətə çağırılıb. Xidmət etdiyi müddət ərzində iki dəfə yaralanıb. Aldığı yaralara görə müalicə edilib və yenidən cəbhəyə qayıdıb. Bir neçə gün əvvəl Kupyansk istiqamətində gedən döyüşlər zamanı Rusiya PUA-sının vurduğu zərbə nəticəsində xidməti vəzifəsini yerinə yetirərkən həlak olub. Qeyd edək ki, Vahab Quliyev 1986-cı ildə Ukraynada Tibb İnstitutuna daxil olub. Moskvada namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi adını alıb. V.Quliyev məşhur "Nənələr" folklor klubunun üzvü Xanımbacı Quliyevanın oğludur. O, 30 ildən çox idi ki, Ukraynada yaşayırdı. Onun nəşinin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.
Mənbə oxu.az

Oxşar Xəbərlər