Kriminal

Ofeliya Sənani əməliyyat olundu

07 Oct 2026, 11:23 3 baxış
Ofeliya Sənani əməliyyat olundu

Xalq artisti, diktor Ofeliya Sənani Azərbaycan Tibb Universitetinin Tədris Cərahiyyə Klinikasında əməliyyat olunub.


Kult.az xəbər verir ki, bu barədə Teleqraf-a xalq artistinin qızı Lalə Sənan məlumat verib.


"Hazırda səhhəti normaldır", - deyə L.Sənan əlavə edib.


Qeyd edək ki, Ofeliya Sənani oktyabrın 5-də əvvəlcə Kliniki Tibbi Mərkəzə yerləşdirilib, həmin gün saat 21 radələrində isə ailəsinin yazılı iltizamnaməsi əsasında digər tibb müəssisəsinə təxliyə olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər