İdman

"Neftçi"nin futbolçusu Messi ilə birlikdə tarixə düşdü - Foto/Video

07 Oct 2026, 09:44 3 baxış
"Neftçi"nin futbolçusu Messi ilə birlikdə tarixə düşdü - Foto/Video
Dünya futbolunun əfsanəsi Lionel Messi Argentina millisində son oyununu keçirib. Oxu.Az xəbər verir ki, 39 yaşlı hücumçu vida matçı üçün Buenos-Ayresdə "Monumental Antonio Vespucio Liberti" stadionunda Benin yığmasına qarşı meydana çıxıb.

Benin yığmasını meydana kapitan kimi "Neftçi"nin yarımmüdafiəçisi Sessi D`Almeyda çıxarıb. Almeyda matçdan əvvəl Messiyə komandası adından hədiyyə də təqdim edib. Qeyd edək ki, Argentina rəqibinə 3:0 hesabı ilə qalib gəlib. Messi millidəki son matçında bir qol, iki assist edib. Bununla da L.Messi milli karyerasını 208 oyun, 126 qol və 70 məhsuldar ötürmə ilə tamamlayıb.
"Neftçi"nin futbolçusu Messi ilə birlikdə tarixə düşdü - Foto/Video "Neftçi"nin futbolçusu Messi ilə birlikdə tarixə düşdü - Foto/Video
Mənbə oxu.az

Oxşar Xəbərlər