Siyasət
İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
Azərbaycan Prezidenti İlham Əliyev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ın iştirakçılarına müraciət ünvanlayıb. Oxu.Az "Report"a istinadən xəbər verir ki, müraciəti Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev səsləndirib.
Mənbə
oxu.az