İdman

Messinin millidəki son oyunu - Video

07 Oct 2026, 09:20 3 baxış
Messinin millidəki son oyunu - Video

"İnter Mayami"nin hücumçusu Lionel Messi Argentina millisindəki karyerasını başa vurub.


Axar.az xəbər verir ki, 39 yaşlı ulduz oktyabrın 7-nə keçən gecə milli komanda ilə vida matçını keçirib.


Buenos-Ayresdə Argentina millisi Beninlə yoldaşlıq görüşü keçirib. Qarşılaşma 3:0 hesabı ilə cənubi amerikalıların qələbəsi ilə başa çatıb. Messi yığma komanda ilə son görüşündə bir qol və iki assistə imza atıb.


Xatırladaq ki, Messi Argentina millisində debütünü 2005-ci ilin avqustunda Macarıstanla yoldaşlıq matçında (2:1) edib. Ümumilikdə milli komandada 208 görüşdə 126 qol və 69 məhsuldar ötürməsi var. Messi Argentina yığması ilə 2022-ci il dünya çempionatını, iki dəfə Kopa Amerikanı (2021, 2024) və bir dəfə Finalissimanı (2022) qazanıb.

Mənbə axar.az

Oxşar Xəbərlər