İdman

Messi Buenos-Ayres Universitetinin fəxri doktoru oldu - Video

06 Oct 2026, 23:16 1 baxış
Messi Buenos-Ayres Universitetinin fəxri doktoru oldu - Video
Argentina milli komandasının kapitanı Lionel Messi Buenos-Ayres Universitetinin ən ali akademik mükafatı olan fəxri doktor dərəcəsinə layiq görülüb. Oxu.Az Sports.ru-ya istinadən xəbər verir ki, təltifetmə mərasimi Messinin Argentina yığmasındakı vida matçı ərəfəsində, Argentina Futbol Assosiasiyasının məşq bazasında təşkil olunub. 39 yaşlı hücumçuya fəxri diplom və medalı universitetin rektoru Rikardo Elpi və prorektor Emiliano Yakobitti təqdim ediblər. Mərasimdə həmçinin fakültə dekanları və universitet şurasının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Lionel Messi hisslərini bu sözlərlə bölüşüb: "Belə bir mükafata layiq görüləcəyimi heç vaxt təsəvvür edə bilməzdim. Futbolla və idmanda qazandıqlarımla bilavasitə bağlı olmayan - bəlkə də müəyyən dərəcədə bağlı olan - bu cür ehtiramı görmək, fəxri doktor olduğumu demək böyük qürur hissidir. Sakitəm, lakin matçın vaxtı yaxınlaşdıqca həyəcan artır. Günə belə bir qürurverici mükafatla başlamaq bu oyunu mənim üçün daha da özəl edir". Qeyd edək ki, oktyabrın 7-də argentinalılar Benin millisinə qarşı yoldaşlıq görüşü keçirəcəklər.
Mənbə oxu.az

Oxşar Xəbərlər