Dünya
Fransa yeni nüvə raketini sınaqdan keçirdi - Video
Fransa Silahlı Qüvvələri nüvə yükü daşıya bilən yeni "M51.3" ballistik raketinin ilk sınaq buraxılışını həyata keçirib. Buraxılış nüvə başlığı olmadan "Le Vigilant" sualtı qayığından baş tutub. Oxu.Az xəbər verir ki, bu barədə AFP Fransa Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirlik raketin "sahildən yüzlərlə kilometr aralıda, Atlantik okeanının şimal hissəsinə düşdüyünü" bildirib. Sınaqları gəminin göyərtəsindən Fransa Prezidenti Emmanuel Makron da izləyib. Məlumata əsasən, söhbət bir il əvvəl silahlanmaya qəbul edilmiş, "M51" dəniz bazalı strateji ballistik raketin modifikasiyasından gedir. "M51" Fransanın 2010-cu illərdən etibarən sualtı qayıqlarda yerləşdirilən ballistik raketidir. İlkin layihədə onun maksimal uçuş məsafəsinin 11 000 kilometr olması nəzərdə tutulsa da, texniki çətinliklər səbəbindən bu göstərici 9 000 kilometrə endirilib.

Mənbə
oxu.az