Azərbaycan əsgərini təhvil versək... - Paşinyan
Sərhədi keçərək Şəkidə saxlanılan azərbaycanlı hərbçi bir müddət Ermənistanda qalacaq.
Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Cinayət işi üzrə prosedurlar Ermənistanda həyata keçiriləcək. İstintaq gedir, hazırda o, həbsdədir”, - Paşinyan deyib.
Mümkün mübadilə ilə bağlı suala cavabında konkret mövqe bildirməyən Paşinyan qeyd edib:
“Tutaq ki, biz onlara deyirik: əsirlərdən birini bizə verin ki, biz də bu əsgəri verək. Bəs sabah bizim əsgər onların tərəfinə keçsə, onda kimi verəcəyik?”
Paşinyan həmçinin Azərbaycan tərəfinin hərbçinin itkin düşməsi barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinə məlumat verməsinə baxmayaraq, Şəki kəndinin sakinlərinin niyə xəbərdar edilmədiyi ilə bağlı suala cavabında bildirib ki, hərbçinin Ermənistan ərazisinə keçməsinə dair sübut olmayıb.
Qeyd edək ki, əsgər Nəsimi Musayevin saxlanılması barədə məlumat 1 oktyabrda yayılıb. 2 oktyabrda isə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
N.Musayevin 26 sentyabrdan hərbi hissəni özbaşına tərk etdiyi iddia olunur.
Paşinyan bu gün səhər N.Musayevlə bağlı sualı cavablandırmamışdı.