Dünya
Türkiyədə "fond qalmaqalı"nda adı hallanan qurum sədri ölü tapıldı
Türkiyə Maliyyə Qurumları Birliyinin sədri və Basketbol Federasiyasının ehtiyat üzvü Ali Emre Ballı İstanbulun Çəkməköy rayonunda boş ərazidə avtomobilin sürücü oturacağında ölü tapılıb. Oxu.Az "HaberlGlobal"a istinadən xəbər verir ki, Ali Emre Ballının tapançadan açılan atəş nəticəsində öldüyü ehtimal edilir. Xəbərdarlıqdan sonra əraziyə göndərilən qruplar avtomobilin sürücü oturacağında olan 46 yaşlı Ali Emre Ballının öldüyünü müəyyən ediblər. Hadisə ilə bağlı istintaq başladılıb və genişmiqyaslı araşdırma aparılır. Ballının adı fond araşdırmasında da keçib.
Mənbə
oxu.az