Dünya

Qara dənizdə neft tankerində güclü yanğın - Heyət üzvlərinin təxliyəsi tələb olundu - Video

06 Oct 2026, 21:04 2 baxış
Qara dənizdə neft tankerində güclü yanğın - Heyət üzvlərinin təxliyəsi tələb olundu - Video
Rusiyanın Soçi şəhəri sahillərində, Qara dənizin akvatoriyasında yanacaq tankerində yanğın baş verib. Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Təsdiqlənməmiş məlumata görə, hadisəyə pilotsuz katerlərin hücumu səbəb ola bilər. Hazırda qurumlardan hadisə ilə bağlı rəsmi açıqlama və təfərrüat daxil olmayıb. "MarineTraffic" qlobal dəniz naviqasiyası və analitika platformasının məlumatına görə, gəmi bir neçə gündür sahil yaxınlığında saya oturub. "Mash" "Telegram" kanalının yazdığına görə, gəminin kapitanı 23 ekipaj üzvünün təxliyə edilməsini istəməyə vaxt tapıb. Tanker Novorossiyskdən Hindistana xam neft daşıyırdı və demək olar ki, tam yüklü vəziyyətdə idi.
Mənbə oxu.az

Oxşar Xəbərlər