Dünya

Paşinyan Ermənistanda saxlanılan azərbaycanlı hərbçi barədə danışdı

06 Oct 2026, 21:46 1 baxış
Paşinyan Ermənistanda saxlanılan azərbaycanlı hərbçi barədə danışdı
Ermənistanın baş naziri Nikol Paşinyan azərbaycanlı hərbçi Nəsimi Musayevin ən azı bir müddət Ermənistanda qalacağını bildirib. Oxu.Az bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir. Onun sözlərinə görə, Nəsimi Musayevlə bağlı cinayət işi üzrə prosedurlar Ermənistanda aparılacaq və o, hazırda həbsdədir. Qeyd edək ki, Nəsimi Musayev oktyabrın 1-də Ermənistanda, Zəngəzurun Şəki kəndində saxlanılıb. Ermənistanın məlumatına görə, onun barəsində bir neçə maddə üzrə cinayət işi başlanıb və məhkəmə iki aylıq həbs qətimkan tədbiri seçib.
Mənbə oxu.az

Oxşar Xəbərlər