İdman

Messi Argentina millisi ilə vida matçı barədə: "Artıq həmin məqam gəlib çatdı"

06 Oct 2026, 20:32 3 baxış
Messi Argentina millisi ilə vida matçı barədə: "Artıq həmin məqam gəlib çatdı"
Futbol üzrə Argentina milli komandasının kapitanı Lionel Messi yığmanın heyətində keçirəcəyi vida matçı barədə hisslərini bölüşüb. Oxu.Az Sports.ru-ya istinadən xəbər verir ki, oktyabrın 7-də argentinalıların Benin yığması ilə keçirəcəkləri yoldaşlıq görüşü Messinin millidə son matçı olacaq. "Artıq həmin məqam gəlib çatdı. Mən arxayın gedirəm, meydanda hər şeyimi verdim. Bu forma mənim arzum, qürurum və həyatım idi. Məni belə sevdiyiniz üçün təşəkkür edirəm, dəstəyiniz üçün minnətdaram. Siz həmişə mənim qəlbimdə olacaqsınız" , - deyə Messi vurğulayıb. Oktyabrın 5-də komandanın düşərgəsinə qoşulan ulduz futbolçu artıq son məşqini də tamamlayıb. Qeyd edək ki, Lionel Messi 2005-ci ildən Argentina milli komandasının şərəfini qoruyur.
Mənbə oxu.az

Oxşar Xəbərlər