İdman
Azərbaycanın millisindən böyükhesablı qələbə
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində son matçını keçirib. Oxu.Az xəbər verir ki, Rəşad Eyyubovun baş məşqçisi olduğu komanda Bakıda Cəbəllütariq millisi ilə üz-üzə gəlib. B qrupunun görüşü U-21 yığmamızın inamlı qələbəsi ilə yekunlaşıb - 3:0. Qolları Nihat Əhmədzadə (8), Ağadadaş Salyanski (43, 51) vurublar. Qeyd edək ki, U-21 qrupda 6 komanda arasında 10 xalla 5-ci olub.
Mənbə
oxu.az