İdman

Mbappe "Real Madrid"i tərk edə bilər - Şok iddia

06 Oct 2026, 20:00 2 baxış
Mbappe "Real Madrid"i tərk edə bilər - Şok iddia
"Real Madrid"in hücumçusu Kilian Mbappe İspaniya klubunu tərk edə bilər. Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Fransua Qalyardo "X" sosial şəbəkəsindəki rəsmi hesabında məlumat yayıb. Mənbənin bildirdiyinə görə, "Real"dakı vəziyyətdən məyus olan Mbappe 2027-ci ilin yayında İspaniya təmsilçisini tərk etmək qərarına gəlib. Qeyd olunur ki, "kral klubu" fransalı ulduzun gedişinə mane olmayacaq. Qalyardo əlavə edib ki, Mbappe karyerasını İngiltərə Premyer Liqası klublarından birində davam etdirəcək. Xatırladaq ki, Mbappe 2024-cü ildən "Real Madrid"də çıxış edir. 27 yaşlı forvardın klubla mövcud müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer dəyərini 200 milyon avro qiymətləndirir. Cari mövsümdə Mbappe 8 oyuna çıxaraq 8 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər