Dünya
Ukraynanın NATO planı dəyişir? - Yeni qanun layihəsi gündəmdə
Ukrayna Ali Radasına ölkənin neytral statusu ilə əlaqədar yeni qanun layihəsi daxil olub. Oxu.Az Ukrayna mətbuatına istinadən xəbər verir ki, deputat Anna Skoroxod dövlətin hər hansı bir hərbi bloka və ya ittifaqa daxil olmaması ilə bağlı təminatların Konstitusiyada öz əksini tapmasını irəli sürüb. Layihədə, həmçinin, Ukraynanın NATO-ya inteqrasiya kursunun qanundan xaric edilməsi, lakin Avropa İttifaqına üzvlük hədəfinin olduğu kimi saxlanılması nəzərdə tutulur. Bununla yanaşı, ABŞ-nin dövlət katibi Marko Rubio bildirib ki, hazırda Ukraynanın Şimali Atlantika Alyansına qəbul edilməsi məsələsi gündəmdə deyil və rəsmi Vaşinqton diqqətini Rusiya ilə Ukrayna arasındakı hərbi toqquşmaların yekunlaşdırılmasına yönəldib. O, media nümayəndələrinə açıqlamasında əlavə edib ki, Ukrayna ətrafındakı mövcud vəziyyət hələlik münaqişənin həlli istiqamətində cərəyan etmir.
Mənbə
oxu.az