Siyasət

Rusiya XİN: "Biz Cənubi Qafqazda möhkəm və etibarlı sülhün tərəfdarıyıq"

06 Oct 2026, 21:00 3 baxış
Rusiya XİN: "Biz Cənubi Qafqazda möhkəm və etibarlı sülhün tərəfdarıyıq"
"Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yanaşması dəyişməzdir və siyasi konyunkturaya məruz qalmır". Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti"yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə departamentinin direktoru Mixail Kalugin bildirib. "Biz Cənubi Qafqazda möhkəm və etibarlı sülhün bərqərar olunmasının, təhlükəsizliyin və rifahın təmin edilməsinin tərəfdarıyıq", - deyə Kalugin qeyd edib. Diplomat vurğulayıb ki, Bakı və İrəvan arasında sülh müqaviləsinin bağlanması, nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması, sərhədlərin delimitasiyası və ictimai əlaqələr kimi əsas istiqamətlər üzrə münasibətlərin normallaşmasına kömək etmək üçün Rusiya tərəfinin göstərdiyi səylərin əsasında məhz bu prinsiplər dayanır. Xatırladaq ki, 2022-ci ildə İrəvan və Bakı Rusiya, ABŞ və Aİ-nin vasitəçiliyi ilə gələcək sülh müqaviləsinin müzakirəsinə başlayıblar. 2023-cü ilin may ayının sonunda Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın Azərbaycanın suverenliyini sovet sərhədləri çərçivəsində, yəni Qarabağ da daxil olmaqla tanımağa hazır olduğunu bəyan etmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər