Dünya

Almaniyada casusluq qalmaqalı: Kəşfiyyat xidmətinin keçmiş rəhbəri saxlanıldı

06 Oct 2026, 19:36 3 baxış
Almaniyada casusluq qalmaqalı: Kəşfiyyat xidmətinin keçmiş rəhbəri saxlanıldı
Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri Avqust Hanninq (1998-2005-ci illərdə bu vəzifəni tutub) casusluqda şübhəli bilinərək saxlanılıb. Oxu.Az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, BND-nin keçmiş rəhbəri dövlət sirrinin yayılmasında, dövlətə xəyanətdə və xarici dövlətin xeyrinə casusluqda ittiham olunur. Hanninqin Federal Kəşfiyyat Xidmətinin rəhbərliyində çalışmış keçmiş əməkdaşından məxfi məlumatları pul müqabilində aldığı iddia edilir. Qeyd olunub ki, o, həmin məlumatları "məsləhətçilik fəaliyyəti çərçivəsində yenidən satmaq" istəyib. Hanninq və onun ehtimal olunan şəriki barəsində araşdırmanı Almaniyanın baş prokuroru aparır.
Mənbə oxu.az

Oxşar Xəbərlər