Digər
İsveç Polşaya "Patriot" sistemləri göndərəcək
İsveç Polşaya “Patriot” sistemləri göndərməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bununla bağlı İsveçin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sistem NATO Hərbi Hava Qüvvələri Komandanlığının nəzarətində olacaq.
Nazirliyin məlumatına görə, “Patriot”lar Polşaya dekabr ayında göndəriləcək.
Burada məqsədin NATO-nun Ukraynaya hərbi təchizat göndərən logistika mərkəzinin mühafizəsi olduğu bildirilib.
Qeyd edək ki, bundan əvvəl İsveç “Gripen” döyüş təyyarələrinin də Polşaya göndərildiyini və burada NATO-nun hava nəzarəti missiyasına töhfə verdiyini elan edib.
Mənbə
axar.az