Digər

Ermənistan elə davranır ki, guya... - Rusiya rəsmisi

06 Oct 2026, 19:27 3 baxış
Ermənistan elə davranır ki, guya... - Rusiya rəsmisi

Ermənistan hakimiyyəti Rusiya hərbi bazasının Gümrüdən mümkün çıxarılması ilə bağlı məsuliyyəti Moskvanın üzərinə qoymağa çalışır.


Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin deyib.


Onun sözlərinə görə, İrəvan rəsmiləri situasiyanı elə təqdim etməyə çalışırlar ki, guya hərbi bazanın gələcəkdə Ermənistanda qalıb-qalmayacağı ilə bağlı müzakirələrə məhz Rusiya başlayıb.


“Ermənistanın hakim elitası çox vaxt ən mühüm qərarların xarici oyunçular tərəfindən qəbul ediləcəyini gözləyir”, – Kaluqin deyib.

Mənbə axar.az

Oxşar Xəbərlər