Digər
1685-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Rusiya müharibənin 1685-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 674 təyyarəsi, 284 helikopteri, 252 914 PUA-sı, 672 zenit-raket kompleksi, 31 130 tank və digər zirehli texnikası, 1 784 reaktiv yaylım atəş sistemi, 36 632 artilleriya və minaatanı, 73 658 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
Mənbə
axar.az