İdman
Yeni dünya çempionumuz Əhməd Yusifov böyük zəfərindən danışdı
Azərbaycan cüdoçusu Əhməd Yusifov Azərbaycan cüdo tarixində dördüncü dünya çempionu olması ilə bağlı fikirlərini bölüşüb. Oxu.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən 27 yaşlı idmançı bu barədə Avropa Cüdo İttifaqının rəsmi saytına açıqlama verib. Bakıdakı dünya çempionatında qızıl medal qazanması barədə danışan Ə.Yusifov bunları deyib: "Azərbaycan cüdo tarixində dördüncü dünya çempionu olmaq mənim üçün böyük şərəfdir. Hisslərimi sözlə ifadə etmək çətindir. Səhər yuxudan oyananda özümü çox yaxşı hiss edirdim. Medal qazanmaq barədə düşünürdüm, hətta ağlımda qızıl medal da var idi. Şükürlər olsun ki, buna nail oldum". Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı oktyabrın 11-də başa çatacaq.
Mənbə
oxu.az