Cəmiyyət

Novxanıda zibil poliqonunu xatırladan suvarma kanalı - Foto

05 Oct 2026, 14:26 4 baxış
Novxanıda zibil poliqonunu xatırladan suvarma kanalı - Foto
Abşeron rayonunun Novxanı qəsəbəsində elektrik xətlərinin yerləşdiyi stansiyanın yaxınlığından keçən suvarma kanalında yaranan zibillik sakinlərin narazılığına səbəb olub. Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) vətəndaş şikayəti daxil olub.
Şikayətçinin sözlərinə görə, son günlər kanalın həmin hissəsində suyun üzərində çoxlu sayda məişət tullantısı toplanıb. Nəticədə ərazidə antisanitar vəziyyət yaranıb. Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) elektron ünvanına müraciət etsə də, indiyədək hər hansı tədbir görülməyib. Şikayətlə bağlı aidiyyəti üzrə sorğu verilib.
Novxanıda zibil poliqonunu xatırladan suvarma kanalı - Foto Novxanıda zibil poliqonunu xatırladan suvarma kanalı - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər