Dünya
Trampdan ağlasığmaz vəd: Vətəndaşlara böyük miqdarda mükafat verəcək - Foto
ABŞ Prezidenti Donald Tramp Nümayəndələr Palatası və Senata seçkilərdə respublikaçıların qalib gələcəyi təqdirdə, hər yetkin vətəndaş üçün böyük miqdarda pul mükafatı vəd edib. Oxu.Az-ın xəbərinə görə, bu barədə Tramp "Truth Social" hesabında paylaşım edib.
"Əgər respublikaçılar Nümayəndələr Palatası və Senat üçün 2026-cı il aralıq seçkilərində qalib gəlsələr, mən ABŞ-nin hər bir yetkin vətəndaşına 5000 dollar verəcəyəm. Bu məsələdə diqqətinizə görə təşəkkür edirəm və bu çekləri imzalayacağım anı səbirsizliklə gözləyirəm!" - deyə ABŞ prezidenti paylaşımda bildirib.

Mənbə
oxu.az