Cəmiyyət
ANS-in keçmiş əməkdaşı bu televiziyaya direktor təyin olundu
"MTV Azərbaycan"a yeni icraçı direktor təyin olunub. Oxu.Az Yurd.Media-ya istinadən xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə Sevinc Tahirova təyin edilib. Sevinc Tahirova sentyabr ayında "MTV Azərbaycan" telekanalının Marketinq Departamentinin rəhbəri vəzifəsinə təyin olunmuşdu. O, bu vəzifəsinə qədər özəl şirkətlərdən birində departament rəhbəri kimi fəaliyyət göstərib. Əvvəlki illərdə ölkənin aparıcı televiziya kanallarında da fəaliyyət göstərən S.Tahirova, 2015-2016-cı illərdə ANS TV-də jurnalist, 2007-2010-cu illərdə isə Lider TV-də jurnalist və ictimaiyyətlə əlaqələr mütəxəssisi vəzifələrində çalışıb.
Mənbə
oxu.az