Digər

Ukraynaya daha 20 milyard: Bu dəlilik bitməyəcək? - Filippo

05 Oct 2026, 09:00 4 baxış
Ukraynaya daha 20 milyard: Bu dəlilik bitməyəcək? - Filippo

Fransanın sağçı Patriotlar Partiyasının lideri Florian Filippo AB-nin Ukraynaya əlavə maliyyə yardımı ayırmaq qərarını sərt şəkildə tənqid edib.


Axar.az xəbər verir ki, o, bu barədə X səhifəsində yazıb.


"AB Ukraynaya gizli şəkildə daha 20 milyard dollarlıq çek yazıb! Bu, Zelenskinin hələ bir neçə həftə əvvəl “təcili” tələb etdiyi vəsaitlərdir. Bu, Ukraynaya ayrılan 90 milyard avroya əlavədir. Bu dəlilik nə vaxt sona çatacaq?", - o bildirib.


Siyasətçi paylaşımında Ukraynaya maliyyə yardımı və silah göndərilməsinin dayandırılmasına çağırıb.

Mənbə axar.az

Oxşar Xəbərlər