Cəmiyyət

Ermənistanın Bərdəni ilk dəfə raketlə vurmasından 6 il ötür

05 Oct 2026, 00:11 3 baxış
Ermənistanın Bərdəni ilk dəfə raketlə vurmasından 6 il ötür

Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin raket və artilleriya atəşinə tutulmasından 6 il ötür.


Axar.az xatırladır ki, 2020-ci il oktyabrın 5-də Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına raket mərmiləri düşüb.


Nəticədə 2 nəfər həlak olub, 6 nəfər yaralanıb, mülki infrastruktura külli miqdarda ziyan dəyib.


Qeyd edək ki, Bərdə şəhəri 5, 8, 27, 28 oktyabr və 7 noyabr tarixlərində ümumilikdə 5 dəfə atəşə məruz qalıb. Nəticədə 28 nəfər həlak olub, 108 nəfər yaralanıb.

Mənbə axar.az

Oxşar Xəbərlər