İdman

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar

04 Oct 2026, 22:06 3 baxış
Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
Türkiyənin "Qalatasaray" futbol klubundan ayrıldıqdan sonra klubsuz qalan Mauro İkardinin karyerasını İstanbul təmsilçisində davam etdirmək istədiyi iddia olunub. Oxu.Az xəbər verir ki, məlumatı "El Neuve" nəşri yayıb. Məlumata görə, argentinalı hücumçu yenidən "Qalatasaray"a qayıtmaq istəyir. 33 yaşlı futbolçunun yay transfer dönəmində bir sıra klublarla, o cümlədən "Latsio" və "Tottenhem"lə adı hallansa da, heç biri ilə müqavilə imzalamayıb. Qeyd edək ki, İkardi "Qalatasaray"da dörd mövsüm ərzində 134 oyuna çıxıb, 77 qol vurub və 25 məhsuldar ötürmə edib. Argentinalı hücumçu İstanbul klubu ilə dörd dəfə Türkiyə çempionu, bir dəfə Türkiyə Kuboku və bir dəfə Türkiyə Superkubokunun qalibi olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər