Digər

Fransada etirazlar: 400 məktəbdə dərslər dayandırıldı

04 Oct 2026, 18:33 2 baxış
Fransada etirazlar: 400 məktəbdə dərslər dayandırıldı

Fransada yuxarı sinif şagirdlərinin davam edən etirazları fonunda oktyabrın 5-də 400-dən çox məktəbdə əyani dərslər bərpa olunmayacaq.


Axar.az xəbər verir ki, bu barədə TF1 telekanalı məlumat yayıb.


Məlumata görə, həmin təhsil müəssisələrinin təxminən 40%-i (168 məktəb) paytaxtın da daxil olduğu İl-de-Frans regionunda yerləşir.


Qeyd edək ki, mərkəzi İl-de-Frans regionunda ötən həftə başlayan yuxarı sinif şagirdlərinin etiraz aksiyaları hazırda bütün Fransanı bürüyüb. Etirazçılar dərs cədvəllərinin həddindən artıq yüklənməsinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər.

Mənbə axar.az

Oxşar Xəbərlər