Digər

ABŞ-dan Rusiya və Ukraynaya təklif: Ayın sonunadək...

04 Oct 2026, 19:14 5 baxış
ABŞ-dan Rusiya və Ukraynaya təklif: Ayın sonunadək...

ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək üçtərəfli görüş keçirməyi təklif edib.


Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.


Zelenski bildirib ki, bir gün əvvəl bu məsələni ABŞ-ın danışıqlar aparan nümayəndələri ilə müzakirə edib:


"Kiyev nümayəndələri Birləşmiş Ərəb Əmirliklərinə və ya ABŞ tərəfinin təklif edəcəyi başqa ölkəyə getməyə hazırdırlar".


Qeyd edək ki, söhbət texniki səviyyədə danışıqlardan gedir və Ukrayna tərəfi artıq bu formatda görüşdə iştirak etməyə hazır olduğunu təsdiqləyib.

Mənbə axar.az

Oxşar Xəbərlər