İdman

Edqaras Yankauskas: "Bəzi məsələlər barədə danışmaq istəmirəm"

04 Oct 2026, 19:40 4 baxış
Edqaras Yankauskas: "Bəzi məsələlər barədə danışmaq istəmirəm"
"Bu, iki bərabərsəviyyəli komandanın mübarizəsi idi". Oxu.Az xəbər verir ki, bunu UEFA Millətlər Liqasının qrup mərhələsində keçirilən Azərbaycan - Litva matçından sonra təşkil olunan mətbuat konfransında qonaq komandanın baş məşqçisi Edqaras Yankauskas deyib. Litvalı mütəxəssis Azərbaycanı qələbə münasibətilə təbrik edib: "İki bərabərsəviyyəli komandanın oyununu izlədik. Bəzi məsələlər var ki, onlar barədə danışmaq istəmirəm. Azərbaycanı qələbə münasibətilə təbrik edirəm. Aramızda keçirilən ilk oyun tamamilə fərqli idi. Buradakı qarşılaşma isə başqa ssenari üzrə keçdi. Biz cərimə meydançasına daxil olduq, lakin hücumlarımızı sonadək tamamlaya bilmədik. Təəssüf ki, yaxşı oynamağımıza baxmayaraq, qapıya yol tapa bilmədik. Hər iki komanda sırf nəticəyə köklənmişdi". Qeyd edək ki, UEFA Millətlər Liqasının D Liqasının II qrupunda keçirilən Azərbaycan - Litva oyunu 1:0 hesabı ilə başa çatıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər