İdman

Ayxan Abbasov: "Dörd oyunun heç birində məğlub olmadıq"

04 Oct 2026, 19:48 5 baxış
Ayxan Abbasov: "Dörd oyunun heç birində məğlub olmadıq"
"Qrupdakı bütün oyunların çətin olacağını bilirdik". Oxu.Az xəbər verir ki, bunu UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan - Litva matçından sonra keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov deyib. Mütəxəssis qrupda keçirdikləri dörd oyunun heç birində məğlub olmadıqlarını vurğulayıb: "Lixtenşteynlə heç-heçə komandaya çox pis təsir etmişdi. Bu gün futbolçularımız xarakter göstərdilər. Qələbəyə görə sevincliyik. Komanda uduzmaq istəmirdi. Bu gün qazandığımız qələbə gələcək üçün inam verir. Ümid edirəm ki, növbəti oyunu da qalib başa vuracağıq. Mənim üçün vacib olan futbolçuların meydanda canını qoyması, patriot olmasıdır. Təəssüf ki, çatışmayan cəhətlərimiz də çox oldu". Qeyd edək ki, UEFA Millətlər Liqasının D Liqasının II qrupunda keçirilən Azərbaycan - Litva oyunu 1:0 hesabı ilə başa çatıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər