İdman

Bakıda 44 ölkənin idmançıları mübarizə apardı: Rekordlar qeydə alındı - Foto

04 Oct 2026, 16:44 3 baxış
Bakıda 44 ölkənin idmançıları mübarizə apardı: Rekordlar qeydə alındı - Foto
Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə oktyabrın 1-3-də Bakı Su İdmanı Sarayında keçirilən Dünya Kuboku bir sıra rekordlarla yadda qalıb. Oxu.Az xəbər verir ki, bu barədə ASF məlumat yayıb. "İpək Yolu" adlanan beynəlxalq yarışda 44 ölkədən 216 idmançı mübarizə aparıb. Azərbaycanı turnirdə 15 üzgüçü təmsil edib. Azərbaycan millisi medal qazana bilməsə də, idmançılar şəxsi nəticələrini yaxşılaşdırıblar. Belə ki, yarış zamanı 7 Azərbaycan rekordu və 16 şəxsi rekord yenilənib. Turnirdə beynəlxalqsəviyyəli rekord nəticələr də qeydə alınıb. Avstraliyalı Kemeron Makevoy 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışında 20.22 saniyə nəticə göstərərək Dünya Kubokunun rekordunu yeniləyib. Rusiyalı Yeqor Kornev isə 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında 44.84 saniyə nəticə göstərib. Dünya Kubokunun yekununda xalların hesablanması prinsipi üzrə kişilər arasında rusiyalı Yeqor Kornev birinci, ABŞ təmsilçisi Luk Barr ikinci, Cənubi Afrika Respublikasından olan Piter Kutsi isə üçüncü yeri tutub. Qadınlar arasında Niderland təmsilçisi Marrit Stenberxen qalib olub. Belçikalı Ros Vanotterdayk ikinci, çinli Yu Yitinq isə üçüncü pillədə qərarlaşıb. "İpək Yolu" Dünya Kuboku təkcə idman mübarizəsi ilə deyil, həm də beynəlxalq əməkdaşlıq və müxtəlif ölkələrin idman nümayəndə heyətlərinin bir araya gəlməsi baxımından əhəmiyyətli tədbir kimi yadda qalıb. Yarış çərçivəsində iştirakçılar üçün müxtəlif tədbirlər və proqramlar təşkil edilib, onlara Bakının tarixi və mədəni irsi ilə tanış olmaq imkanı yaradılıb.
{{gallery}}
Bakıda 44 ölkənin idmançıları mübarizə apardı: Rekordlar qeydə alındı - Foto Bakıda 44 ölkənin idmançıları mübarizə apardı: Rekordlar qeydə alındı - Foto Bakıda 44 ölkənin idmançıları mübarizə apardı: Rekordlar qeydə alındı - Foto Bakıda 44 ölkənin idmançıları mübarizə apardı: Rekordlar qeydə alındı - Foto Bakıda 44 ölkənin idmançıları mübarizə apardı: Rekordlar qeydə alındı - Foto Bakıda 44 ölkənin idmançıları mübarizə apardı: Rekordlar qeydə alındı - Foto Bakıda 44 ölkənin idmançıları mübarizə apardı: Rekordlar qeydə alındı - Foto Bakıda 44 ölkənin idmançıları mübarizə apardı: Rekordlar qeydə alındı - Foto Bakıda 44 ölkənin idmançıları mübarizə apardı: Rekordlar qeydə alındı - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər