Digər

Yəmən lideri husilərə qarşı əməliyyatı elan etdi

04 Oct 2026, 17:26 3 baxış
Yəmən lideri husilərə qarşı əməliyyatı elan etdi

Yəmənin Prezident Rəhbərlik Şurasının sədri Rəşad Məhəmməd əl-Alimi ölkə ərazilərinin üsyançı "Ənsar Allah" hərəkatından (husilər) azad edilməsi məqsədilə hərbi əməliyyata başlanıldığını elan edib.


Axar.az xəbər verir ki, Əl-Alimi bu barədə xalqa müraciətində deyib.


“Konstitusiya öhdəliyimizə uyğun olaraq, bu gün respublikanın qalan ərazilərini geri qaytarmaq, habelə dövlətin və onun təsisatlarının hakimiyyətini bütün milli əraziyə şamil etmək məqsədilə hərbi əməliyyatların başlandığını elan edirəm”, - Əl-Alimi bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər