Digər
Almaniya 1.3 milyard avroluq yardım paketi ayırır - Zelenski
Almaniya Ukraynaya 1,3 milyard avrodan çox yeni yardım paketi ayırır.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Bu, qış ərəfəsində enerji sektorumuza dərhal yardım və dəstək təmin edəcək vasitələrdir. Almaniyanın təqdim etdiyi bu hərtərəfli paketə, xüsusilə "Şahid" dronlarına qarşı mübarizə üçün nəzərdə tutulmuş raketlərin istehsalı ilə bağlı maliyyə vəsaiti də daxildir. Bu, xüsusilə vacibdir”, - Zelenski bildirib.
Mənbə
axar.az