Digər

Oğlu Kaşpirovskinin dəfnində iştirakdan imtina etdi

04 Oct 2026, 17:08 1 baxış
Oğlu Kaşpirovskinin dəfnində iştirakdan imtina etdi

Sovet və rusiyalı psixoterapevt, teleaparıcı Anatoli Kaşpirovskinin oğlu atasının dəfnində iştirakdan imtina edib.


Axar.az xəbər verir ki, bu barədə Kaşpirovskinin bacısı oğlu Yuri Mamayev məlumat yayıb.


“Dayımın həyat yoldaşı Gülzarla danışdım. Sergey (Kaşpirovskinin oğlu) dəfndə olmayacaq. O, dəfnə gəlməkdən imtina edib. Hazırda o, Amerikadadır”, - Mamayev bildirib.


Qeyd edək ki, sovet və rusiyalı psixoterapevt, teleaparıcı Anatoli Kaşpirovski oktyabrın 3-də 87 yaşında vəfat edib.

Mənbə axar.az

Oxşar Xəbərlər