İdman

Bəhreyn Qran-prisinin qalibi məlum oldu

04 Oct 2026, 15:22 3 baxış
Bəhreyn Qran-prisinin qalibi məlum oldu
Oktyabrın 4-də "Formula-1" üzrə 2026-cı il dünya çempionatının 16-cı mərhələsi keçirilib. Oxu.Az xəbər verir ki, təqdim olunan məlumata əsasən, Bəhreyn Qran-prisində "Red Bull" komandasının niderlandlı pilotu, dördqat dünya çempionu Maks Ferstappen qələbə qazanıb. Finiş xəttini ikinci sırada mövsümün lideri, "Mercedes" komandasının pilotu Andrea Kimi Antonelli keçib. İlk üçlüyü isə "Ferrari"nin britaniyalı pilotu Lyuis Hemilton tamamlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər