Kriminal
Bakı-Qazax yolunda faciə: Velosipedçi həyatını itirdi
Ucar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Qazıqumlaq kəndindən keçən hissəsində qeydə alınıb. Bakı istiqamətində hərəkət edən "Mercedes" markalı avtomobil velosipedçini vurub. Zərbənin təsirindən ağır xəsarət alan kişi hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az