İdman

Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq

03 Oct 2026, 09:38 2 baxış
Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq
"Turan Tovuz" futbol klubu bu gün Bakıda Türkiyənin "Fənərbağça" komandası ilə yoxlama oyununda üz-üzə gələcək. Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Matçı baş hakim Rəvan Həmzəzadə idarə edəcək. Görüşdən əldə olunan gəlir Qarabağ Dirçəliş Fonduna ianə olunacaq. Qeyd edək ki, "Turan" (keçmiş adı - red.) 1994-cü ildə Azərbaycanı avrokuboklarda təmsil edən ilk klub kimi tarixə düşüb. Komandanın UEFA Kubokunda - indiki UEFA Avropa Liqasında ilk rəqibi də "Fənərbağça" olub. İstanbul təmsilçisi həmin qarşılaşmalarda 5:0 və 2:0 hesabları ilə qələbəyə sevinmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər