Dünya
Oman sahillərində neft tankeri hücuma məruz qaldı
Oman sahillərində neft tankeri hücuma məruz qalıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşınmaları Koordinasiya Mərkəzindən (UKMTO) məlumat verilib. Qeyd edilir ki, naməlum mərmi Omandan dörd dəniz mili şərqdə tankeri vurub. Ekipaj üçün hazırda təhlükə yoxdur və ətraf mühitə heç bir təsir qeydə alınmayıb.
Mənbə
oxu.az