İdman
"Formula-1": Bəhreyn Qran-prisində cümə günü arxada qaldı
"Formula-1" çempionatının 16-cı mərhələsi olan Bəhreyn Qran-prisində cümə günü sessiyalarına yekun vurulub. Oxu.Az xəbər verir ki, təqvimdə mövsümün əvvəlində Yaxın Şərqdəki məlum hadisələr səbəbindən təxirə salınmış Bəhreyn Qran-prisi bu həftəsonu Malayziyada keçirilir. Malayziyanın Kuala-Lumpur şəhərindəki Sepanq Beynəlxalq Avtodromunda bu gün nahara qədər "Red Bull" komandasından Maks Ferstappen ən yaxşı nəticəyə imza atıb. Niderlandlı pilot ən sürətli dövrəsini 1 dəqiqə 37.520 saniyəyə başa vurub. Nahardan sonra isə "Ferrari"nin pilotu Şarl Lekler 1:37.528 nəticə ilə ikinci sərbəst yürüşün ən yaxşı nəticəsinə imza atıb. Qeyd edək ki, oktyabrın 3-də, şənbə günü iştirakçılar üçüncü məşq və təsnifat mərhələsində güclərini sınayacaqlar. Dünya çempionatının 16-cı mərhələsinin əsas yarışı isə oktyabrın 4-də, bazar günü baş tutacaq.
Mənbə
oxu.az