Cəmiyyət

Binəqədidə ağacların doğranmasından Yaşıllaşdırma Təsərrüfatı Birliyinin xəbəri yoxdur? - Foto/Video

02 Oct 2026, 15:58 5 baxış
Binəqədidə ağacların doğranmasından Yaşıllaşdırma Təsərrüfatı Birliyinin xəbəri yoxdur? - Foto/Video
Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində qurumun əməkdaşları tərəfindən heç bir iş aparılmayıb. Məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilib. "Məsələ ilə bağlı araşdırma aparılır", - deyə məlumatda vurğulanıb. Binəqədi rayonunda ağacların kütləvi şəkildə kəsilməsi ilə bağlı şikayət daxil olub. Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) vətəndaş müraciət edib.


Müraciətdə bildirilib ki, rayonun Ağasadıq Gəraybəyli küçəsində yaşıllıq zolağında olan ağaclar kəsilib. "Küçə boyunca bütün ağacları kəsib töküblər. Kim edib, niyə edib bilən yoxdur. Təsəvvür edirsiniz, bir küçənin ərazisində olan bütün ağacları kökündən kəsiblər", - deyə məlumatda bildirilir. Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu ünvanlanıb.
Binəqədidə ağacların doğranmasından Yaşıllaşdırma Təsərrüfatı Birliyinin xəbəri yoxdur? - Foto/Video Binəqədidə ağacların doğranmasından Yaşıllaşdırma Təsərrüfatı Birliyinin xəbəri yoxdur? - Foto/Video
Mənbə oxu.az

Oxşar Xəbərlər