İdman

"Neftçi" və "Spartak"ın veteranları arasında oyun olacaq

02 Oct 2026, 13:26 2 baxış
"Neftçi" və "Spartak"ın veteranları arasında oyun olacaq

Tofiq Bəhramov adına Respublika stadionunun 75 illiyi münasibətilə "Neftçi" (Azərbaycan) və Litvanın "Spartak" (Vilnüs) komandalarının veteranları arasında yoldaşlıq oyunu keçiriləcək.


Bu barədə Axar.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.


Qarşılaşma oktyabrın 4-də, saat 12:00-da start götürəcək. Oyun sözügedən arenada baş tutacaq.


Xatırladaq ki, 1951-ci ildə stadionun açılışında bu iki komanda qarşılaşıb.

Mənbə axar.az

Oxşar Xəbərlər